İyul 24, 2020 11:51 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 800 mini ötdü

Rusiyada son bir gündə daha 5 811 nəfərə COVID-19 diaqnozu qoyulub.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 800 849 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 154 nəfər artaraq 13 046-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 588 774 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 645 nəfər.

Teqlər