Rusiyada koronavirusdan ölənlərin sayı 13 mini ötdü
https://azeri.sahartv.ir/news/dünya-i365108-rusiyada_koronavirusdan_ölənlərin_sayı_13_mini_ötdü
Rusiyada son sutkada 5 871 nəfərdə COVID-19 aşkar edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2020 07:57 Asia/Baku
  • Rusiyada koronavirusdan ölənlərin sayı 13 mini ötdü

Rusiyada son sutkada 5 871 nəfərdə COVID-19 aşkar edilib.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 806 720 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 146 nəfər artaraq 13 192-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 597 140 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti Moskvada aşkarlanıb – 561 nəfər.