Rusiyada daha 77 nəfər koronovirusdan öldü
İyul 26, 2020 13:35 Asia/Baku
Son sutka ərzində 77 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 269 nəfərə çatıb.
SəhərAzəri Sputnik.az-a istinadla xəbər verir, Rusiyada son sutka ərzində daha 5765 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Rusiyada COVID-19-a yoluxanların sayı 812 485 nəfərə çatıb.
Son sutka ərzində 77 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 269 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 600 250 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.