Almaniya Liviya sahillərinə freqat göndərir
https://azeri.sahartv.ir/news/dünya-i365238-almaniya_liviya_sahillərinə_freqat_göndərir
Almaniya Liviya sahillərinə hərbçilərini göndərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2020 18:19 Asia/Baku
  • Almaniya Liviya sahillərinə freqat göndərir

Almaniya Liviya sahillərinə hərbçilərini göndərir.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniya BMT-nin Liviya ilə bağlı silah embarqosu qərarını yoxlamaq üçün “İrini” əməliyyatı çərçivəsində Liviya sahillərinə hərbçilərini göndərəcək.

“Hamburq” adlı freqat gələn həftə 250 nəfərlik heyətlə yola düşəcək. Freqat avqustun ortalarında Liviya sahillərində vəzifəsini icra etməyə hazır olacaq.