Belarusda 32 nəfər silahlı tutuldu
https://azeri.sahartv.ir/news/dünya-i365274-belarusda_32_nəfər_silahlı_tutuldu
Daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə inqilab olmayacaq, çünki ölkədə "inqilabçılar" yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2020 13:17 Asia/Baku
  • Belarusda 32 nəfər silahlı tutuldu

Daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə inqilab olmayacaq, çünki ölkədə "inqilabçılar" yoxdur.

SəhərAzəri Sputnik.az istinadla xəbər verir, Belarusun paytaxtı Minsk yaxınlığında xarici özəl hərbi şirkətin 32 yaraqlısı həbs olunub.

Belarus İstintaq Komitəsinin rəsmi nümayəndəsi "RİA Novosti"-yə açıqlamasında qeyd edib ki, bu xəbəri nə təsdiqləyə, nə də təkzib edə bilər.

Qeyd edək ki, daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə inqilab olmayacaq, çünki ölkədə "inqilabçılar" yoxdur. O, eyni zamanda vurğulayıb ki, rəhbərlik respublikada maydanların olmaması üçün hər şeyi edəcək. Çünki belə ssenari yalnız dövlətin dağılmasına gətirir.