Putin: vəziyyət sabitləşir, amma qərarı ehtiyatla verməliyik
Putin vurğulayıb ki, hələlik Rusiyanın bütün regionlarında COVID-19-un yeni yoluxmaların azalmasına dair davamlılığa nail olunmayıb
SəhərAzəri Sputnik.az istinadla xəbər verir, Rusiya Prezidenti Vladimir Putin ölkədə epidemioloji vəziyyətə dair iclas zamanı bildirib ki, koronavirusla bağlı vəziyyət sakitləşir.
Putin eyni zamanda qeyd edib ki, vəziyyət hələ də istənilən istiqamətdə dəyişə bilər. O, vurğulayıb ki, hələlik Rusiyanın bütün regionlarında COVID-19-un yeni yoluxmaların azalmasına dair davamlılığa nail olunmayıb, lakin ümumilikdə ölkədə vəziyyət sabitləşib.
Prezident pandemiya fonunda Səhiyyə Nazirliyinin gücünü saxlamağa və inkişaf etdirməyə çağırıb.
O, qeyd edib ki, xəstələrin sayında təkrar artımın qarşısını almaq üçün koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarla ehtiyatla verilməlidir.