İyul 30, 2020 15:42 Asia/Baku
  • Rus senator ABŞ-a xəbərdarlıq edib

Rusiuanın Federasiya Şurasının üzvü ABŞ-ın hərbi kontingentinin bir hissəsini usiya sərhəddi yaxınlığına köçürmək planını provakasiya və təhlükəli adlandırıb.

SəhərAzəri Ria Novosti-yə istinadla xəbər verir ki, Rusiyanın Federasiya Şurasının üzvü Aleksey Puşkov vurğulayıb: "ABŞ-ın hərbçilərini Rusiyanın sərhədi yaxınlığında yerləşdirmək planı, o cümlədən Polşa və Baltikyanı ölkələrə köçürməsi Brüssel və Moskva arasında prinsipial razılaşma və 1997-ci ildə əldə edilmiş Rusiya-NATO ümumi razılaşmasına ziddir.

Puşkov Rusiyanın ABŞ-ın bu təxribatçı və təhlükəli qəraına qətiyyən adekvat cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.

1997-ci ildə əldə edilmiş NATO-Rusiya prinsipial qanuna əsasən, Şimali Atlantik Alyansı NATO-nun həmin ilin sonunda bu alyansa qoşulmuş Şərqi Avropa ölkələrində əhəmiyyətli miqyasda hərbi kontingent və ya silah-sursatı daimi yerləşdirməsi birbaşa qadağandır.

Rusiya dəfələrlə Avropada NATO-nun hərbi iştirakının , xüsusilə bu qitənin şərqində hərbi aktiliyinin artması ilə bağlı narahatlıq ifadə edib.

Rus rəsmiləri vurğulayıblar ki, Rusiya digər ölkələrə qarşı heç bir təhdid təşkil etmir, Lakin onun milli mənafeyini təhlükəyə salan heç bir hərəkətə göz yummayacaq.

Teqlər