Rusiyadan Azərbaycan-Türkiyə təlimləri ilə bağlı - Açıqlama
https://azeri.sahartv.ir/news/dünya-i365320-rusiyadan_azərbaycan_türkiyə_təlimləri_ilə_bağlı_açıqlama
Rusiya Xarici İşlər Nazirliyindən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə bağlı açıqlama gəlib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 30, 2020 20:11 Asia/Baku
  • Rusiyadan Azərbaycan-Türkiyə təlimləri ilə bağlı - Açıqlama

Rusiya Xarici İşlər Nazirliyindən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə bağlı açıqlama gəlib.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyin rəsmisi Anton Zaytsev həftəlik mətbuat konfransında bu barədə danışıb.

“Mövcud informasiyalara əsasən, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq razılaşması çərçivəsində 29 iyul-10 avqust tarixlərində Azərbaycan torpaqlarında hərbi təlimlər keçirilir. Azərbaycan-Ermənistan sərhədində qısa müddət əvvəl yaşanan insident səbəbilə bölgədəki vəziyyəti diqqətli şəkildə izləyirik. Azərbaycan-Türkiyə də daxil olmaqla, bütün tərəfləri gərginlikdən çəkinməyə dəvət edirik”, - Zaytsev bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.