İyul 31, 2020 07:08 Asia/Baku
  • Senders: Noyabrın 3-də Trampın faciəli prezidentlik dövrü bitəcək

Amerikanın Vermont ştatından olan demokrat senator Berni Senders cümə axşamı günü gecə Donald Trampın bu ölkənin prezident seçkilərinin vaxtını təxirə salmaq üzrə təklifinə reaksiyada vurğulayıb ki, Amerika xalqı bu seçkiləri təxirə salmayacaq.

SəhərAzəri xəbər verir, Senders tvitter-də qeyd edib ki, Amerika vətəndaşları Trampın istibdadı, yalançılığı və rasizmindən təngə gəlib. O, bildirib ki, 2020-ci il noyabrın üçündə Trampın faciəli prezidentlik dövrü başa çatacaqdır.

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi də tvitter-də Trampın təklifi ilə müxalif olduğunu bildirərək, vurğulayıb ki, yalnız konqres seçkilərin zamanını və seçicilərin öz səslərini səs qutularına salacaqları günü təyin edə bilər.

Amerika federal seçki komissiyasının yüksək vəzifəli rəsmisi Elen Vintrob da deyibdir ki, Tramp bu ölkənin prezident seçkilərinin zamanını dəyişdirmək gücünə malik deyildir.

Cümə axşamı günü Amerika tarixində misli görünməmiş bir hərəkətdə bu ölkənin prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınmasını istədi.

Tramp seçkilərdə saxtakarlıq və onun qeyri-sağlam olması ehtimalını iddia edərək, poçt formasında ümumölkə səsverməsini rədd etdi və bu ölkənin prezident seçkilərinin təxirə salınmasını istədi.

Amerikada səs vermək üçün seçki məntəqələrinə getmək istəməyən şəxslər qiyabi səsvermə yolu ilə seçkilərdə iştirak etmək icazəsinə malikdirlər.

Son aylarda aparılmış rəy sorğularının nəticələri Amerikanın hazırkı prezidentinin demokrat rəqibi Co Baydenin öndə getməsindən söz açır.

Trampın qeyri-düzgün idarəçiliyi, gözlənilməs davranışları və təzadlı siyasətləri onun reytinqinin tənəzzülünə gətirib çıxarıbdır.

Teqlər