Avq 01, 2020 19:04 Asia/Baku
  • Fransada sürücü avtomobili insanların üzərinə sürüb: 15 yaralı var

Fransanın şərqindəki Venzel şəhərində bir sürücü avtomobili kütlənin üzərinə sürüb.

SəhərAzəri-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyəti yüngül qiymətləndirilir.

Deyilənlərə görə, hadisə sürücünün yaxınlıqdakı restoranın bir qrup müştərisi ilə mübahisəsi zəminində baş verib.

20 yaşlı sürücü polis tərəfindən saxlanılıb.

Teqlər

Şərhlər