Avq 02, 2020 22:31 Asia/Baku
  • Amerikalılar Tayland hərbçilərini

ABŞ hərbçiləri ilə birgə hərbi təlimlərdə iştirak etmiş Taylənd ordusunun bir qrup personelinin "covid-19" virusuna yoluxmasının ardınca bu ölkə hökuməti ABŞ və hər hansı digər ölkə ilə birgə hərbi təlimlərin keçirilməsini dayandırdı.

SəhərAzəri-nin məlumatına görə, Havay adalarında ABŞ hərbçiləri ilə birgə  hərbi təlimlərdə iştirak etmiş Taylənd hərbçilərində geri dönərkən "covid-19" virusunun aşkar edilməsinin ardınca Taylənd silahlı qüvvələri ABŞ ilə birgə hərbi təlimlərin dondurulması qərarına gəlib. 

Royters bildirir ki, son zamanlar Havay adalarında keçirilən «Lightning Forge 2020» hərbi təlimlərindən geri dönmüş Taylənd ordusunun 151 hərbçisindən 9-u koronavirus infeksiyasına yoluxub. 

Bu xəbərin ardınca Taylənd silahlı qüvvələri bundan sonra ABŞ və ya hansısa digər ölkə ilə birgə hərbi təlimlər keçirmək niyyətində olmadığını açıqlayıb. 

Taylənd ordusunun sözçüsü hazırkı şəraitdə digər ölkələrə səfər etməyin təhlükəli olduğunu da qeyd edib. 

İndiyə kimi Taylənddə 3317 nəfər "covid-19" virusuna yoluxub. Onlardan 58 nəfəri həyatını itirib. 

Teqlər

Şərhlər