Avq 05, 2020 08:31 Asia/Baku
  • Amerikalılar ölkərərinin durumundan narazıdırlar

ABŞ-da aparılan yeni bir rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların ölkələrinin vəziyyətindən məmnunluq səviyyəsi 2011-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə düşüb.

SəhərAzəri xəbər verir, "Associated Press"-in məlumatına görə, Gallup müəssisəsinin dünən yayımlanan ən yeni rəy sorğusunun nəticələri göstərir ki, cari ilin iyul ayında ABŞ vətəndaşlarının ölkələrinin durumundan məmnunluq səviyyəsi 13 faizə çatıbdır ki, bu da 2011-ci ilin fevral ayından bəri ən aşağı göstəricidir.

Bu rəy sorğusuna əsasən, koronavirusu pandemiyasından irəli gələn iqtisadi böhran, səhiyyə və müalicə sahəsi ilə bağlı narahatlıqlar və bərabərsizliyə qarşı etiraz aksiyaları amerikalıların narazılıqlarının əsas səbəblərindəndir

Bu statistika, həmçinin göstəriri ki, demokratların təkcə yeddi faizi, respublikaçıların isə 20 faizi ABŞ-ın hazırkı hökumətdən razıdırlar.

Teqlər