İsveç iqtisadiyyatı rekord səviyyədə azalıb
https://azeri.sahartv.ir/news/dünya-i365549-İsveç_iqtisadiyyatı_rekord_səviyyədə_azalıb
2020-ci ilin II rübündə İsveç iqtisadiyyatı ötən rüb ilə müqayisədə rekord həddə - 8,6% səviyyəsində azalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2020 09:38 Asia/Baku
  • İsveç iqtisadiyyatı rekord səviyyədə azalıb

2020-ci ilin II rübündə İsveç iqtisadiyyatı ötən rüb ilə müqayisədə rekord həddə - 8,6% səviyyəsində azalıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, illik müqayisədə bu ilin II rübündə İsveçdə ÜDM 8,2% azalıb. Ölkə iqtisadiyyatında hazırda müşahidə olunan resessiyaya baxmayaraq, ÜDM-in azalma templəri bir çox Avropa ölkələri ilə müqayisədə daha azdır.

Qeyd edək ki, COVID-19 pandemiyasının fonunda Avrozonada bu ilin II rübündə iqtisadiyyat ötən rüblə müqayisədə 12,1% azalıb. Regionun aparıcı iqtisadiyyatı olan Almaniyada ÜDM 10,1%, İspaniyada 18,5%, İtaliyada isə 12,4% azalıb.