Avq 05, 2020 16:42 Asia/Baku
  • Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

Taliban silahlıları Bağlan - Məzari-Şərif yolunda nəqliyyat vasitələrinə hücum ediblər. Ölənlər var.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Bağlan əyaləti şurasının sabiq üzvü Məhbubullah Qaffari məlumat verib.

Əfqanıstanlı siyasətçi bildirib ki, onun tərəfdarlarından 12-i bu gün Talibanın hücumuna məruz qalaraq həlak olublar.

Əlavə edilib ki, hücum Məzar-Şərif - Bağlan avtobanının Çeşmə-Şir deyilən ərazidən keçən hissəsində həyata keçirilib.

Məlumata görə Taliban bu yolda nəqliyyat vasityələrinə pusqu quraraq azı 12 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, Taliban cari ilin fevralında əcnəbi qüvvələrin çıxması şərtilə ABŞ-la sülh sazişi imzalasa da eyni sazişdən yerli hökumətlə bağlamayıb.

Teqlər