Pekin Cnubi Çin dənizində Hərbi iştirakla bağlı ABŞ-a xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i365590-pekin_cnubi_Çin_dənizində_hərbi_iştirakla_bağlı_abŞ_a_xəbərdarlıq_edib
Çinin xarici işlər naziri bir daha ABŞ qoşunlarının Cənubi Çin dənizində hərbi mövcudluğunu qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2020 06:59 Asia/Baku
  • Pekin Cnubi Çin dənizində Hərbi iştirakla bağlı ABŞ-a xəbərdarlıq edib

Çinin xarici işlər naziri bir daha ABŞ qoşunlarının Cənubi Çin dənizində hərbi mövcudluğunu qınayıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Vanq Yi avqustun 5-də keçirdiyi mətbuat konfransında ABŞ qoşunlarının Cənubi Çin dənizində hərbi mövcudluğuna münasibət bildirib. O, deyib6 "Region ölkələri ayıq-sayıq olmaqla Vaşinqtona sülh və inkişafın nailiyyətlərini məhv etməyə icazə verməməlidirlər".

Çinin xarici işlər naziri ABŞ-ın Honkonq məsələlərinə müdaxiləsinə də toxunub. 

"Bu bölgənin məsələsi Çinin daxili işidir və heç bir ölkə digər ölkənin suverenliyi və ərazi bütövlüyünü pozmamalıdır",-deyə o, qeyd edib.

Vanq Yi, həmçinin xatırladıb ki, Çin qəttiyən yeni bir soyuq müharibənin əleyhinədir.

Çinin xarici işlər naziri sözlərinin davamında deyib: "ABŞ-ın bəzi siyasi cərəyanları iki ölkə toqquşsun deyə, Çinə qarşı qara piar və yalan kampaniyası aparırlar, Lakin Çin belə bir fitnəyə heç vaxt imkan verməyəcək".

Çin və ABŞ münasibətləri kəskin gərginləşib.