Pentaqon: Əfqanıstandakı ABŞ hərbçilərinin sayı azaldılacaq
https://azeri.sahartv.ir/news/dünya-i365727-pentaqon_Əfqanıstandakı_abŞ_hərbçilərinin_sayı_azaldılacaq
Pentaqon şefi ABŞ prezidentinin sözlərinə əlavə olaraq cari ilin noyabr ayının sonlarına kimi Əfqanıstandakı ABŞ hərbçilərinin sayının 5 mindən aşağı salınacağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2020 04:41 Asia/Baku
  • Pentaqon: Əfqanıstandakı ABŞ hərbçilərinin sayı azaldılacaq

Pentaqon şefi ABŞ prezidentinin sözlərinə əlavə olaraq cari ilin noyabr ayının sonlarına kimi Əfqanıstandakı ABŞ hərbçilərinin sayının 5 mindən aşağı salınacağını deyib.

Sahar Azari bildirir ki, ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü verdiyi müsahibədə Vaşinqtonun Əfqanıstandakı hərbçilərinin sayını 5 mindən daha aşağı salmaq niyyətində olduğunu deyib. 

Royters-in məlumatına görə ABŞ prezidenti Donald Tramp da bir neçə gün öncə Əfqanıstandakı Amerikan hərbçilərin sayının 4 minə qədər azaldılacağını demişdi. 

Tramp Əfqanıstandakı ABŞ hərbçilərinin sayının azaldılması ilə bağlı dəqiq tarix açıqlamadan deyib: Biz tezliklə Əfqanıstandakı hərbçilərimizin sayını 8 minə, daha sonra isə 4 minə endirəcəyik.

Tramp noyabr ayında, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bir vaxtda Əfqanıstanda 4000 ilə 5000 arasında Amerikan hərbçinin qalmış olacağını deyib.