ABŞ Əks-Kəşfiyyatından xəbərdarlıq:"Rusiya Trampın prezident seçilməsinə çalışır"
ABŞ Əks-Kəşfiyyatından xəbərdarlıq:"Rusiya Trampın prezident seçilməsinə çalışır"
ABŞ Əks-Kəşfiyyatı Rusiyanın Trampın yenidən prezident seçilməsinə çalışdığını iddia edib.
Sahar Azari bildirir ki, bu bəyanat ABŞ Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbəri Uilyam Evanina tərəfindən “Seçkilərlə bağlı amerikan xalqına yönəlik təhdidlər haqqında yeni məlumatlar” adlı hesabatda səsləndirilib.
Evanina xarici ölkələrin səsvermənin nəticələrini dəyişmək üçün “gizli və açıq təsir vasitələrinin” hamısından istifadə etdiyini bildirib.
Əks-kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya Donald Trampın ikinci müddətə Ağ Evdə qalmasını arzulayır, Çin, əksinə, buna mane olmaq istəyir.
Direktor Evanina adıçəkilən ölkələrin bu məqsədlə ABŞ-ın seçki infrastrukturunu pozmaq, səsvermə prosesinə müdaxilə etmək, vacib informasiyaları ələ keçirmək və səsvermənin nəticələrinin etibarlılığını şübhə altına almağa cəhd göstərəcəklərini vurğulayıb.
“The New York Times” qəzeti əks-kəşfiyyatdakı qaynaqlarına istinadən bu məsələdə ən çox Rusiyanın rəsmi Vaşinqton üçün ciddi təhlükə yaratdığını xəbər edib. Sənəddə Kremlin özünə düşmən hesab etdiyi ABŞ siyasətçilərini, xüsusilə Co Bayden və onun komandasını hədəf götürdüyü qeyd olunub.