Koronavirusun Avropanın ən iri iqtisadiyyatında buraxdığı təsirlər
Koronavirusun Almaniya iqtisadiyyatında buraxdığı izlər
Almaniyanın iqtisadi durumu haqda yayılan statistika və məlumatlar bu ölkənin iqtisadi inkişaf tempinin kəskin tərzdə azalmasından söz açır.
SəhərAzəri bildirir ki, Almaniyanın Federal Statistika Agentliyinin hesabatına əsasən cari ilin ikinci rübündə bu ölkə iqtisadiyyatı 10,1 faiz kiçilibdir.
Agentlik Almaniyanın ümumdaxili istehsalındakı azalmanı tarixi adlandırıb. Bildirib ki, bu süqut hətta 2009-cu il iqtisadi böhranı dövründə belə görünməyibdir.
Almaniyanın iqtisadi inkişaf göstəricisinin 2008-ci ildəki maliyyə böhranı günlərində təqribən beş faiz azaldığı bir halda, koronavirusdan qaynaqlanan böhran Almaniya iqtisadiyyatına həmin ildəki maliyyə böhranından ikiqat çox ziyan vurubdur.
Belə bir tənəzzül ikinci dünya müharibəsindən sonra Almaniya tarixində, xüsusən müttəfiq Almaniyada görünməmiş bir hal olaraq, bu ölkə ixracatının azalmasına görə, Almaniyanın iqtisadi inkişaf tempinin azalmasından irəli gəlir.
Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer bu haqda xəbərdarlıq edərək bildiribdir ki, koronavirus pandemiyası Avropanın ən iri iqtisadiyyatını ən pis süqut astanasına sürükləyə bilər.
Belə bir halda, bu müddətdə bu ölkədə işsizlərin sayı iki milyon 910 min nəfərə çatıbdır.