Avq 11, 2020 16:44 Asia/Baku
  • Rusiyaya zərbə: ABŞ sanksiyalarına görə

Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında bəyan edib ki, "Şimal Axını 2" qaz kəməri Rusiyanın gücü ilə tikilib başa çatdırılacaq, lakin tikinti planlaşdırıldığından bir neçə ay gec başa çatacaq.

SəhərAzəri Sputnik.Az-a iatinadla xəbər verir, bu barədə "Uniper" şirkətinin hesabatında deyilir. ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə "Şimal Axını 2" qaz kəmərinin tikintisi müvəqqəti və ya tam dayandıra bilər.

Xatırladaq ki, Almaniyanın "Uniper" şirkəti sözügedən layihə üzrə Rusiyanın "Qazprom" şirkətinin maliyyə tərəfdaşlarından biridir.

"ABŞ-ın "Şimal Axını 2" layihəsinə qarşı hədəflənmiş sanksiyalarla bağlı səylərini artırması ilə boru kəmərinin inşasının gecikməsi və ya hətta dayandırılması ehtimalı artır", — məlumatda bildirilir.

Bundan əvvəl ABŞ senatorlarının Almaniyanın Zasnitz şəhərinin limanının müdiriyyətinə göndərdiyi məktubunun bəzi hissələri mediada peyda olub. Məktubda onlar qaz boru kəmərinin tikintisinin dayandırılmadığı təqdirdə limanı "maliyyə baxımından məhv" ilə hədələyiblər.

"Şimal Axını 2" layihəsinin reallaşdırılması ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəməri podratçılarına qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən müvəqqəti dayandırılıb.

Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında bəyan edib ki, "Şimal Axını 2" qaz kəməri Rusiyanın gücü ilə tikilib başa çatdırılacaq, lakin tikinti planlaşdırıldığından bir neçə ay gec başa çatacaq.

Teqlər