Belarus aksiyaları - 4 min nəfər saxlanıldı
Avq 14, 2020 01:04 Asia/Baku
Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarının üçüncü günündə mindən çox insan saxlanılıb.
SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Nazirliyin mətbuat katibi Olqa Çemodanova qeyri-rəsmi məlumatlara əsasən, etirazçıların ötən gecə 25 yaşayış bölgəsində aksiya keçirdiyini ifadə edib.
Qeyd olunub ki, etirazçılar ictimai nəqliyyatın hərəkətinə mane olub və hüquq-mühafizə orqanlarına müqavimət göstərib.
Səhiyyə nazirliyi gecə 51 etirazçının, 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını açıqlayıb.
Qeyd edək ki, aksiyaların ilk günündə 3 minə qədər insan saxlanılmışdı.