Avq 14, 2020 08:26 Asia/Baku
  • Moskva Belarusa xarici müdaxilələri pisləyib

Moskva xarici müdaxilələri Belarusun durumunun səbatsızlaşması amili adlandırıb.

SəhərAzəri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən Belarusda yaranmış vəziyyətdən narahatlıq ifadə edib. Bildirib ki, xarici müdaxilələr bu ölkədə parçalanmaya və səbatsızlığa səbəb olubdur.

Belarusda son prezident seçkilərinin nəticələrinə qarşı etirazlar davam etməkdədir.

Bazar günü bu ölkədə altıncı prezident seçkiləri keçirildi və hazırkı prezident Aleksandr Lukaşenko bu seçkilərdə səslərin səksən faizindən çoxunu yığaraq, qalib gəldi. Onun seçki rəqibi Svetlana Tixonovskaya isə səslərin yalnız 9,9 faizini toplaya bildi.

Seçkilər bitəndən və Lukaşenkonun yenidən prezident seçkilərində qalib gəldiyinin elan edilməsindən sonra məğlub olmuş namizədin tərəfdarları Belarusun müxtəlif şəhərlərində küçələrə çıxaraq, seçkilərin keçirilməsi tərzinə etiraz edib və polislə toqquşublar.

Bu etirazlarda indiyədək bir nəfər ölüb, onlarla nəfər yaralanıb, minlərlə nəfər də həbs olunubdur.

Teqlər