Avropa İttifaqı Belarusa qarşı sanksiya tətbiq edir
https://azeri.sahartv.ir/news/dünya-i365976-avropa_İttifaqı_belarusa_qarşı_sanksiya_tətbiq_edir
Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Belarusda prezident seçkilərindən sonra baş qaldıran etirazlar aksiyaları səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2020 04:26 Asia/Baku
  • Avropa İttifaqı Belarusa qarşı sanksiya tətbiq edir

Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Belarusda prezident seçkilərindən sonra baş qaldıran etirazlar aksiyaları səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Səhər Azəri bildirir ki, barədə Slovakiyanın XİN rəhbəri İvan Korçak özünün “Twitter” səhifəsində yazıb.

Aİ məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısını tərtib edəcək. Təşkilatın fikrincə, sanksiyalar “repressiyaya məsuliyyət daşıyanlara” şamil olunacaq.

APA-nın məlumatına görə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel isə “Twitter” səhifəsində bildirib ki, “Aİ Belarusdakı seçki nəticələrini qəbul etmir, zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanların cəzalandırılması üzərində işlərə başlanılır”.