Moqadişoda güclü partlayış \ Hökumət rəsmiləri həlak oldu
Moqadişoda güclü partlayış \ Hökumət rəsmiləri həlak oldu
Avq 16, 2020 20:13 Asia/Baku
Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Ölənlər arasında dövlət rəsmilərinin olduğu bildirilir.
Səhər Azəri bildirir ki, bu gün Somalinin paytaxtı Moqadilşoda güclü partlayış baş verib.
Röyters-in məlumatına görə partlayış Lido sahilində yerləşən Eliot otelində baş verib. Partlayışın ardınca hadisə yerindən güllə səsləri eşidilib.
Moqadişo polisi partlayışı təsdiq etsə də hadisənin təfərrüatı, ölü və yaralıların sayı barədə dəqiq məlumat verməyib.
Son məlumatlara görə hadisədə bir neçə dövlət rəsmisi həyatını itirib.