Mark Esper də kənarlaşdırıla bilər
Mark Esper də kənarlaşdırıla bilər
Ağ Ev-dəki çəkişmələrin davamında ABŞ prezidenti bu ölkənin müdafiə nazirinin kənarlaşdırılması ehtimalından danışıb.
Səhər Azəri bildirir ki, ABŞ prezidenti Donald Tramp bir mətbuat konfransında bu ölkənin müdafiə nazirinin kənarlaşdırılması ehtimalına dair sualın cavabında deyib ki, belə bir ehtimal var və bu barədə fikirləşir.
Tramp onu da deyib ki, hər kəsin ixrac edilməsi haqda fikirləşir.
Bundan öncə ABŞ medialarında Donald Trampla kəskin ixtilafına görə, Mark Esperin kənarlaşdırılması ehtimalı haqda məlumatlar yayılmışdı.
Bəzi Pentaqon başçıları bundan öncə ifşa etmişdilər ki, Amerikanın müdafiə naziri və prezidenti amerikalı hərbçilərin Avropada, həmçinin Cənubi Koreyada yerləşdirilmələri tərzi və onların sayı barədə fikir ayrılığına malikdirlər.
Bir çox Ağ Ev rəsmisi Trampın prezidentlik dövrünün başlandığı zamandan bəri fikir ayrılığına və ya onun tələbləri ilə müxalifətinə görə, qovulub və ya kənarlaşdırılıbdır.