Kərbəla 13 məhərrəmə kimi bağlı qalacaq
https://azeri.sahartv.ir/news/dünya-i366091-kərbəla_13_məhərrəmə_kimi_bağlı_qalacaq
Kərbəla şəhərinin girişləri 13 məhərrəmə kimi bütün zəvvarlar və iraqlıların üzünə bağlı olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2020 12:15 Asia/Baku
  • Kərbəla 13 məhərrəmə kimi bağlı qalacaq

Kərbəla şəhərinin girişləri 13 məhərrəmə kimi bütün zəvvarlar və iraqlıların üzünə bağlı olacaq.

Səhər Azəri bildirir ki, bu barədə Kərbəla vilayəti baş polis idarəsi məlumat verib. 

Bu məlumata görə, Kərbəla vilayəti baş polis idarəsinin sözçüsü Əla Əl-Ğanimi deyib: Kərbəla vilayəti təhlükəsizlik şurası məhərrəm ayı proqramları ilə bağlı fövqəladə iclas təşkil edərək, koronavirus ilə mübarizə üzrə xüsusi qərargahın göstərişlərinin o cümlədən Kərbəlanın bütün girişlərinin zəvvarların üzünə bağlanması təklifinin icrasına qərar verdi.

Əl-Ğanimi daha sonra İraq vətəndaşlarından Kərbəlaya səfər etməkdən çəkinmələrini istəyib və deyib: Kərbəlanın bütün girişləri zəvvarların üzünə bağlı qalacaq.