ABŞ-ın tətik mexanizmini işə salması mənfi reaksiya ilə üzləşəcək
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi bildirib ki, ABŞ-ın tətik mexanizmini işə salması mənfi reaksiya ilə üzləşəcək.
SəhərAzəri xəbər verir, Mixail Ulyanov dünən gecə tvitter-də qeyd edib ki, Amerikanın BMT-nin İrana qarşı sanksiyalarının geri qayıtması mexanizmini fəallaşdırmaq üzrə qərarına neqativ cavab veriləcəkdir.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi vurğulayıb ki, Amerikanın Vaşinqtonun nüvə anlaşmasının iştirakçılarından biri olmaqda davam etməsinə dair iddiası məntiqsizdir. Bu üzdən, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını geri qaytarmaq məqsədilə Amerika tərəfindən tətik mexanizminin işə salınması mənfi qarşılanacaq.
ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü bildirdi ki, bu ölkə hökuməti tezliklə İrana qarşı sanksiyaların geri qaytarılması mexanizmini fəallaşdıracaqdır.
Amerika iki il bundan öncə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan nüvə anlaşmasından rəsmi şəkildə çıxsa da yeni bir hüquqi şərhdə iddia edir ki, bu qətnamənin maddələrinə əsasən, hələ də nüvə anlaşmasının üzvlərindən biridir və bu çərçivədə həmin anlaşmada qeyd olunan mexanizmlərdən, o sıradan tətik mexanizmindən istifadə etmək haqqına malikdir.
Bu iddia BMT Təhlükəsizlik Şurası üzvlərinin, xüsusən Rusiyanın neqativ cavabı ilə üzləşibdir.