Baydendən iddialı açıqlama: "Öləkəni qaranlıqdan çıxaracam"
ABŞ Demokrat Partiyasının virtual qurultayında Co Bayden partiyanın rəsmi prezidentliyə namizədi olub.
SəhərAzəri Publika-ya istinadla xəbər verir, noyabrın 3-də keçiriləcək 59-cu prezident seçkiləri öncəsi, 4 gün davam edən Demokratik Partiya qurultayının son günü Baydenin namizədliyini rəsmi olaraq qəbul etməsi ilə başa çatıb.
Məmləkəti Delaverdən yalnız mətbuat nümayəndələrinin olduğu Chase Center-dən canlı olaraq qurultaya qatılan Bayden ABŞ Prezidenti Donald Trampı məğlub etmək üçün bütün Demokratlarla birlikdə çalışacaqlarına söz verib.
77 yaşlı Bayden "Mövcud prezident ölkəyə çox qəzəb və bölünmə gətirib. Ölkəni bu qaranlıq dövrdən çıxaracağam" ifadələrindən istifadə edərək təvazökarlıqla Demokrat Partiyasının prezidentliyə namizədliyini qəbul etdiyini bildirib.
Kamala Harris də çərşənbə axşamı etdiyi çıxışında Demokratların onun vitse-prezidentliyə namizədliyini qəbul etdiklərini açıqlayıb.
Respublikaçı Partiyasının da COVİD-19-a görə virtual şəkildə keçirəcəyi qurultayın son günü - 27 avqustda Trampın yenidən prezidentliyə namizədliyi irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 3 noyabr 2020-ci il çərşənbə axşamı günü keçiriləcə