Rusiya: ABŞ nüvə anlaşmasının tərəfi sayılmır
https://azeri.sahartv.ir/news/dünya-i366322-rusiya_abŞ_nüvə_anlaşmasının_tərəfi_sayılmır
Rusiyalı diplomat: Təhlükəsizlik Şurasında İran əleyhinə "tətik" mexanizmindən istifadənin edilməsi və sanksiyaların bərpa olunmasına dair münasib atmosfer yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2020 08:43 Asia/Baku
  • Rusiya: ABŞ nüvə anlaşmasının tərəfi sayılmır

Rusiyalı diplomat: Təhlükəsizlik Şurasında İran əleyhinə "tətik" mexanizmindən istifadənin edilməsi və sanksiyaların bərpa olunmasına dair münasib atmosfer yoxdur.

Səhər Azəri bildirir ki, Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi ABŞ-ın Təhlükəsizlik Şurasında İran əleyhinə "tətik" mexanizmindən istifadə və BMT-nin sanksiyalarını bərpa edəcəyinə dair iddialarını "ağılasığmaz" adlandırıb. 

Ulyanov Təhlükəsizlik Şurasının daimi üzvlərinin ABŞ-ın bu təklifi ilə müxalif olduqlarını xatırladıb və deyib: Təhlükəsizlik Şurasında ABŞ-ın "tətik" mexanizmindən istifadəyə dair istəyi qarşısında güclü müqavimət mövcuddur. Üzv ölkələr ABŞ-ın nüvə anlaşmasının tərəfi hesab etmirlər. ABŞ-ın iddiaları ağılasığmazdır. 

Ulyanov daha sonra Vaşinqtonun "tətik" mexanizminin işə salınmasına dair səylərinin xoşagəlməz nəticələri olacağını bildirib.