Avq 22, 2020 15:19 Asia/Baku
  • Portlənddə etirazçılarla polis arasında toqquşma baş verib

Amerikanın Oreqon ştatının Portlənd şəhərində küçə etirazlarının davamında anti-rasizm etirazçıları ilə polis arasında toqquşma baş verib.


Səhər Azəri bildirir ki, Portlənd şəhərindəki toqquşma Amerikanın mühacirət və gömrük binasının qarşısında baş verib.

Portlend polisi bir bəyanatda bildiribdir ki, rasizmə və ədalətsizliyə qarşı etirazların davamında təqribən yüz etirazçı Amerikanın mühacirət və gömrük binasına hücum edib.

Polisin sözlərinə görə, federal qüvvələr etirazçıları yatırmaq üçün gözyaşardıcı qazdan və qiyama qarşı silahlardan istifadə ediblər. Bu arada üç etirazçı da həbs olunubdur.

Həmçinin Amerika Federal Təhqiqat Bürosu, bir avtomobildə bomba qoyulması barədə təhdid aldıqdan sonra Portlənd şəhərindəki federal binadan bir neçəsini boşaldıbdır.

Afroamerikalı Corc Floydun mayın 25-də ağdərili polis tərəfndən qətlə yetirilməsindən sonra Portlənd şəhəri iki ay bundan öncədən bəri rasizmə və polis zorakılığına qarşı xalq etirazları səhnəsinə çevrilibdir.

Portlənd şəhəri əhalsinin dinc etirazları, xalq çaxnaşmalarını yatırmaq üçün ABŞ prezidenti Donald Trampın göstərişi ilə bu şəhərə federal məmurların göndərilməsilə bir zamandan, yəni iyulun beşindən başlanıb və hələ də davam etməkdədir.

Teqlər