Əl-Ərəbiyə: ABŞ hərbçiləri İraqın Əl-Taci bazasını tərk edirlər
https://azeri.sahartv.ir/news/dünya-i366335-Əl_Ərəbiyə_abŞ_hərbçiləri_İraqın_Əl_taci_bazasını_tərk_edirlər
Ərəbistanın Əl-Ərəbiyyə telekanalı ABŞ hərbçiləri və Anti-İŞİD adlı beynəlxalq koalisiya qüvvələrinin tezliklə İraqın Əl-Taci bazasını tərk edəcəklərini iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2020 15:21 Asia/Baku
  • Əl-Ərəbiyə: ABŞ hərbçiləri İraqın Əl-Taci bazasını tərk edirlər

Ərəbistanın Əl-Ərəbiyyə telekanalı ABŞ hərbçiləri və Anti-İŞİD adlı beynəlxalq koalisiya qüvvələrinin tezliklə İraqın Əl-Taci bazasını tərk edəcəklərini iddia edib.

Səhər Azəri-nin bildirdiyinə görə, Əl-Ərəbiyyə kanalı ABŞ hərbçilərinin bazar günü Əl-Taci bazasını tərk edəcəklərindən xəbər verib. 

Əl-Taci hərbi hava bazası İraqın paytaxtı Bağdad şəhərinin 80 kilometrliyində yerləşir və ötən aylarda dəfələrlə raket hücumuna məruz qalıb. ABŞ və Anti-İŞİD koalisiyası qüvvələri artıq bir neçə ildir ki, bu hərbi bazada yerləşiblər. 

ABŞ prezidenti Donald Tramp cümə günü Vaşinqtonda İraqın baş naziri Mustafa Əl-Kazimi ilə birgə mətbuat konfransında İraqda çox az amerikalı hərbçinin qaldığını və onların da 3 il ərzində bu ölkəni tərk edəcəklərini dedi.