Tramp: Çin ilə ticarətə məcbur deyilik
https://azeri.sahartv.ir/news/dünya-i366346-tramp_Çin_ilə_ticarətə_məcbur_deyilik
Tramp ölkəsinin Çin ilə ticarət əlaqələrini kəsməsi ehtimalından xəbər verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2020 04:39 Asia/Baku
  • Tramp: Çin ilə ticarətə məcbur deyilik

Tramp ölkəsinin Çin ilə ticarət əlaqələrini kəsməsi ehtimalından xəbər verdi.

Səhər Azəri bildirir ki, ABŞ prezidenti Fox News kanalına verdiyi müsahibədə Çin ilə ticarət əlaqələrinin kəsilməsi ehtimalından xəbər verib. 

Donald Tramp Çin ilə ticarət əlaqələrinə məcbur olmadıqlarını deyib: "Əgər onlar rəftarlarına düzəliş etməsələr, heç şübhəsiz mən belə bir addım atacağam".

Ağ Ev administrasiyasının rəhbəri Mark Medovs da bundan öncə ABŞ və Çin rəhbərliyi arasında hansısa müzakirələrin gündəmdə olmadığını demişdi.