Avq 23, 2020 17:26 Asia/Baku
  • İraq Rusiyadan silah almağa hazır olduğunu bildirdi

İraq Rusiyadan qırıcı, raket müdafiə sistemi və zirehli texnika almaq istədiyini elan edib.

Səhər Azəri bildirir ki, bu barədə İraqın Müdafiə Nazirliyinin bir rəsmisi məlumat verib. 

Bu məlumata görə, İraqın Müdafiə Nazirliyinin silahlanma məsələləri üzrə məsul şəxsi İmad Zəvahiri Bağdad hökumətinin Rusiyadan silah almaq istədiyini və Moskva ilə hərbi əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu deyib. 

İmad Zəvahiri bazar günü Moskvada müdafiə sənayesi sərgisinin kənarında verdiyi müsahibədə İraqın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemləri habelə, zirehli texnikaların alınmasında Rusiya ilə əməkdaşlığa hazır olduğunu deyib. 

Bu iraqlı rəsmi daha sonra iki ölkənin hərbi əməkdaşlıqlarının genişləndirilməsinə, terrorizm ilə mübarizə üzrə təcrübə mübadiləsinə də təkid edib. 

Teqlər