Avq 24, 2020 10:44 Asia/Baku
  • Borel: Aİ Belarusun ikinci Ukrayna olmasını istəmir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Belarusdakı böhranın tez bir zamanda həll edilməsini istəyərək deyib: Aİ Ukrayna hadisələrinin Belarusda təkrarlanmasını istəmir.

Səhər Azər bildirir ki, Cozef Borel bu sözləri El-Pays jurnalına verdiyi müsahibədə deyib. 

Cozef Borel hazırkı böhranın Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib. 

Belarusda etiraz aksiyaları 9 avqustda prezident seçkilərinin nəticələrinin elan edilməsinin ardınca başlandı.

Elan olunmuş nəticələrə görə Lukaşenko seçkilərdə 80% səs toplayaraq, qələbə çalıb. 

Belarusda seçkilərin nəticəsinə etirazlar davam edir və dünən də on minlərlə insan küçələrə axın edərək, Lukaşenkonun altıncı dəfə prezident seçilməsinə etiraz edib.

Teqlər