Avq 26, 2020 09:01 Asia/Baku
  • Belarusun baş hərbi rəsmisindən iğtişaşçılara xəbərdarlıq

Belarus silahlı qüvvələrinin baş qərargah rəisi bu ölkə ordusunun hər cür daxili təhdid və iğtişaşçılarla mübarizəyə tam hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Aleksandr Volfoviç dünən vurğulayıb ki, Belarus ordusu hazırkı şəraitdə hərbi təhlükəsizliyi təmin edir və daxili təhdidlər qarşısında ölkəni müdafiə etməyə hazırdır.

Belarusun bu yüksək rütbəli hərbi rəsmisi sonra deyib: Ordu ölkənin, cəmiyyətin və Belarusda işləmək və dinc yaşamaq istəyən vətəndaşların hər birinin təhlükəsizliyini qoruyacaq. Amma gənclərin əxlaqi dəyərlərinin pozulmasına, nəqliyyat sisteminin iflic edilməsinə, vətəndaşların qorxudulmasına, təhsil sisteminin pozulması üzrə səyə və tarixi binalara qarşı mənfi hərəkətlərə icazə verməyəcəkdir.

Belarus prezidenti Aleksandr Lukaşenko son zamanlar Amerikanı ölkəsindəki çaxnaşmaların arxasında duran amil adlandırmışdı. O, həmçinin öz fransız həmkarı Emmanuel Makronun Belarus hökuməti ilə müxaliflər arasında müzakirə istiqamətində vasitəçiliyə dair təklifini rədd edərək, ona tövsiyə etdi ki, «sarı jiletlilər» hərəkatı ilə dialoqa girsin.

Avqustun 9-da Belarusda altıncı prezident seçkilərinin keçirilməsindən və Lukaşenkonun yenidən qalib gəldiyinin elan olunmasından sonra onun məğlubiyyətə uğramış seçki rəqibi Svetlana Tixanovskayanın tərəfdarları Belarus şəhərlərinin küçələrinə çıxaraq, seçkilərin keçirilməsi tərzinə etiraz edib, polislə toqquşdular.

Teqlər