Tramp hökuməti tətik mexanizmini işə salmaqla «axmağ»a bənzəyir
https://azeri.sahartv.ir/news/dünya-i366568-tramp_hökuməti_tətik_mexanizmini_işə_salmaqla_axmağ_a_bənzəyir
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Tramp hökumətinin tətik mexanizmindən istifadə üzrə səyini axmaqcasına hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2020 16:44 Asia/Baku
  • Tramp hökuməti tətik mexanizmini işə salmaqla «axmağ»a bənzəyir

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Tramp hökumətinin tətik mexanizmindən istifadə üzrə səyini axmaqcasına hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, Con Bolton Assoşieyted Press-lə müsahibədə deyib: Donald Tramp hökumətinin tətik mexanizmindən istifadə üzrə hərəkəti bu ölkənin axmaq kimi görünməsinə bais olubdur.

Amerika İrana qarşı silah sanksiyasını uzatmaq üzrə qətnamə layihəsinin qəbul olunması sahəsində BMT-nin Təhlükəsizlik Şurasında uğursuz qaldıqdan sonra nüvə anlaşmasından çıxmasına rəğmən, yalnız bu anlaşmada iştirak edən ölkələr üçün qorunub saxlanılan «sanksiyaların geri qaytarılması mexanizmi»- tətik mexanizmindən BMT sanksiyalarının qaytarılması üçün istifadə etmək niyyətindədir.

ABŞ-ın bu qərarı Təhlükəsizlik Şurası üzvlərinin qətiyyətli müxalifəti ilə üzləşibdir.