Putin:
Belarus seçkilərinin nəticəsini tanıyırıq
Rusiya prezidenti Belarusda keçirilən son prezident seçkilərinin nəticəsini tanıdığını dedi.
Səhər Azəri bildirir ki, Vladimir Putin bunu "Rossiya-1" telekanalına verdiyi müsahibədə deyib.
Putin Belarusda seçkilərin nəticəsinə etirazları tənqid edərək, Moskvanın 9 avqustda keçirilən prezident seçkilərinin nəticəsini tanıdığını bildirib.
Rusiya prezidenti bu müsahibədə deyib: Belarus seçkilərin gedişinə nəzarət etməsi üçün beynəlxalq insan haqları və demokratiya institutlarını dəvət etmişdi. Nə üçün onlar bu dəvəti qəbul etmədilər? Buradan aydın olur ki, Belarus seçkiləri ilə bağlı qərar artıq çox öncədən verilibmiş. Kimlərsə seçkilərin nəticəsinə şübhə ilə yanaşa bilər. Amma, seçkilərin nəticəsinə şübhə edənlərin sədaqətinə şəkk edəcək qədər güclü faktlarım var.
"Beləliklə seçkilər keçirildi və biz onun nəticələrini rəsmən tanıyırıq. Və mən Aleksandr Lukaşenkonu qələbə münasibətilə təbrik etdim" deyə Putin qeyd edib.