Co Bayden:
Tramp Amerikanı xaosa sürükləyir
Demokratların prezident seçkilərindəki namizədi Trampı Amerikanı xaosa sürükləməkda ittiham etdi.
Səhər Azəri bildirir ki, 2020-ci il ABŞ prezident seçkilərində demokratların namizədi olan Co Bayden hazırkı prezidentin ölkəni xaosa sürüklədiyini və milli təhlükəsizliyi təhdid etdiyini dedi.
Co Bayden bu sözləri Amerikada irqçiliyə etiraz edənlərin Tramp tərəfindən tənqid edilməsinə münasibət bildirərəkən deyib:
"Prezident zorakılığı təbliğ etməklə ağdərili olmağı üstünlük hesab edənlərin başqalarına qarşı daha aqressiv davranmalarına, onlara atəş açmalarına rəvac verir. Həmçinin, onun koronavirus ilə mübarizəyə kifayət qədər diqqət ayırmaması minlərlə insanın bunu canı ilə ödəməsinə səbəb olur."
Tramp irqçilik və polis zorakılığına etiraz edənləri xuliqan adlandırıb.