İşğal edilmiş Fələstin torpaqlarında narazılıqlar artır
Minlərlə insan Netanyahunun istefasını tələb etdi
Avq 30, 2020 08:32 Asia/Baku
Minlərlə qəzəbli insan sionist rejimin baş nazirinin iqamətgahı önündə aksiya keçirib, istefa verməsini tələb etdi.
Səhər Azəri bildirir ki, işğal edilmiş Fələstin torpaqlarının minlərlə sakini bir daha Netanyahunun iqamətgahı önündə aksiya keçirib.
Qəzəblənmiş kütlə Netanyahunun korrupsiyaçı olmasına, səlahiyyətlərindən sui-istifadə etməsinə və koronavirus pandemiyası ilə mübarizədəki bacarıqsızlığına etiraz edib.
Aksiya iştirakçıları Benyamin Netanyahunun istefa verməsi və həbs olunması tələbini irəli sürüblər.
Ötən həftə də Netanyahunun iqamətgahı qarşısında oxşar etiraz aksiyası keçirilmişdi. Medialar bu aksiyada təqribən 50 min nəfərin iştirak etdiyini bildirmişdilər.