Avq 30, 2020 16:54 Asia/Baku

Donald Tramp prezident seçkilərində qələbə çala bilməsi üçün Rus həmkarının yardımına ümid bəsləyir və elə buna görə də Konqresin seçkilərlə bağlı informasiyaları əldə etməsinə imkan vermir.

Səhər Azəri bildirir ki, bu sözləri Demokratların prezident seçkilərindəki namizədi Co Bayden söyləyib. 

Co Baydan deyib: Tramp seçkilərin təhlükəsizliyi ilə bağlı Konqress ilə birgə iclasların keçirilməsini dayandırıb. Bununla da Rusiyanın seçkilərdə ona yardım etməsinə dair məlumatların ifşa edilməsini önləməyə çalışır. 

Bayden əlavə edib: Bundan bir nəticə çıxartmaq olar. Tramp bir daha seçkilərdə qələbə çalması üçün Vladimir Putinin yardımlarına göz tikib. Çünki Tramp ABŞ xalqının bu məsələdən xəbərsiz qalmasını istəyir. O, amerikalıların nə üçün Putinin ABŞ seçkilərinə müdaxilə etməsindən xəbər tutmalarını istəmir. Trampın xarici siyasəti əslində Rusiya üçün bir hədiyyədir.

Co Bayden ABŞ prezidentinin Çini də seçkilərə müdaxiləyə cəlb etmək istədiyini deyərək, əlavə edib: Elə buna görə də Tramp seçkilərlə bağlı təhlükəsizlik məsələlərini Konqresdən gizlətməyə çalışır. 

Teqlər