Belarus hökuməti xarici medianın fəaliyyətini məhdudlaşdırır
Minsk hökuməti bəzi xarici müxbirlərin fəaliyyət lisenziyası ləğv etdi
Belarus hökuməti bu ölkədəki etirazları işıqlandıran bəzi xarici mediyaların müxbirlərinin fəaliyyət lisenziyalarını ləğv edib.
Səhər Azəri bildirir ki, Belarus xarici işlər nazirliyinin/ BBC-nin iki müxbiri, Röyters-in isə bir fotoqrafı və bir kinooperatoru da daxil olmaqla 17 jurnalistə verdiyi lisenziyalar ləğv olunubdur.
Belarus xarici işlər nazirliyi bildiribdir ki, bu qərar təhlükəsizlik dəlillərinə görə, qəbul edilibdir.
Son 26 ilin prezident seçkilərində dalbadal beş qələbədən sonra altıncı qələbəsi rəqiblərinin etirazlarına tuş gələn Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 23-də xarici müxbirləri özünə qarşı etirazlar törətməkdə ittiham edərək, təhdidlə bildirdi ki, onları bu ölkədən qovacaqdır.
Son prezident seçkiləri başa çatandan və Lukaşenkonun yenidən qalib gəlməsinin elan edilməsindən sonra, hökumət müxalifləri Belarusun müxtəlif şəhərlərinin küçələrinə çıxaraq, seçkilərin keçirilməsi prosesinə etiraz etdilər. Polislə toqquşma ilə müşayiət olunan bu etirazlar davam etməkdədir.