Avq 31, 2020 09:01 Asia/Baku
  • Tramp seçkilərdə qələbə çalmaq üçün ölkəni xaosa sürükləyir

Tramp və tərəfdarları ölkəni xaosa sürükləmək üçün əllərindən gələni edirlər.

Səhər Azəri bildirir ki, bu sözləri Senator Kris Morfi prezident seçkiləri ərəfəsində Tramp və tərəfdarlarının rəftarlarını tənqid edərkən deyib. 

Senator Morfinin dediyinə görə, ABŞ-da prezident seçkilərinin yaxınlaşması ilə irqçilik əleyhinə etirazların artdığı və Oreqan Ştatında seçki rəqabətlərində bir nəfərin öldüyü bir şəraitdə Tramp və tərəfdarları ölkədə zorakılığı körükləməklə məşğuldurlar.

Senator Morfi Tvitter-də yazıb: Tramp seçkilərdəki qələbəsinin xaosdan asılı olduğunu düşünür. Buna görə də gərginliyi artırmaq üçün əlindən gələni edir. 

Teqlər