Dmitri Peskov:
Belarusda vəziyyət nəzarət altındadır
"Qonşu ölkə Belarusda vəziyyət nəzarət altındadır və Lukaşenkonu himayə üçün qoşun göndərməyə ehtiyac yoxdur"
Səhər Azəri bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Bir mətbuat konfransında Belarusun siyasi vəziyyətini dəyərləndirən peskov deyib: Belarus hökuməti və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlayırlar.
"Vəziyyət tamamilə etibarlı formada nəzarət altında saxlanılır" deyən Peskov Belarus hökumətinin istəyəcəyi təqdirdə Moskvanın bu ölkə konstitusiyasında islahatların aparılmasına kömək edəcəyini qeyd edib.
9 avqustda Belarusda keçirilən prezident seçkilərinin ardınca Aleksandr Lukaşenkonun müxalifləri seçkilərdə saxtakarlığa yol verildiyini iddia edərək, etirazlara başlayıblar. Lukaşenko isə müxalifətin bu iddiasını rədd edir.