Sen 01, 2020 18:55 Asia/Baku
  • Lavrov ABŞ-ın anti-İran hərəkətlərini tənqid edib

Rusiyanın xarici işlər naziri nüvə anlaşmasından çıxdıqdan sonra ABŞ-ın anti-İran hərəkətlərini kəskin şəkildə tənqid edib.

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha ABŞ-ın İran ilə 5+1 qrupu arasında əldə edilən nüvə anlaşmasından çıxdığı üçün sual altına apararaq, deyib: "Amerikalılar nəinki, Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxıblar, həmdə digər ölkələri İranla ticarətdən çəkindirirlər".

Lavrov əlavə edib: "ABŞ-ın bəzi müttəfiqləri acizliklə bu ölkədən İranla ticarət qadağalarında istisna olmalarını tələb ediblər".

Əhatəli Müştərək Təşəbbüs Proqramının Birgə Komissiyasının iclası,  BMT Təhlükəsizlik Şurasının ABŞ-ın İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair anti-İran qətnaməsinə qarşı çıxdıqdan sonra bu gün Vyanada yerli vaxtla saat 11-də İran və 4+1 qrupunun xarici işlər nazirləri müavinləri və baş direktorları səviyyəsində başlayıb.

Teqlər