Sen 02, 2020 20:02 Asia/Baku
  • Almaniya məhkəməsi hicablı müəllimənin hüququnu müdafiə etdi

Almaniya Federal Əmək Məhkəməsi Berlində hicabla işləməsinə icazə verilməyən müəllimə ilə bağlı qərarını açıqlayıb.

SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, məhkəməyə görə, Tərəfsizlik Qanunu əsasında müəllimlərə hicab qadağasının qoyulması qanunsuzdur.

Federal Əmək Məhkəməsi iddiaçı müəllimənin “dinin qurbanı olduğunu” bildirib.

Federal Əmək Məhkəməsi bundan əvvəl Berlin Dövlət Əmək Məhkəməsinin “Müəllimələrin hicab taxması yalnız məktəb harmoniyasının pozulmasına konkret bir təhlükə olduğu təqdirdə qadağan edilə bilər” qərarına da toxunub.

Berlin Dövlət Əmək Məhkəməsi 2018-ci ildə iddiaçı müəllimənin haqlı olduğunu bildirmiş və 5 min 159 Avro təzminat tələb etmişdi. Ancaq Berlin hökuməti Tərəfsizlik qanununa istinad edərək apellyasiya şikayəti vermişdi. 2005-ci ildə Berlin əyalətində qüvvəyə minən Tərəfsizlik Qanunu, dövlət idarələrində işləyən müəllimələrə, polisə və hakimlərə dini və dünya görüşlərini əks etdirən simvolları taxmağı qadağan edir. Federal Əmək Məhkəməsi apellyasiya şikayətini bu qərarla rədd etdi.

Karlsrue Konstitusiya Məhkəməsi də, 2015-ci ildə məktəblərdəki bütün müəllimələr üçün hicab qadağasının din azadlığı ilə ziddiyyət təşkil etdiyinə qərar vermişdi. Almaniyada əyalətlərdə dərs vaxtı hicablı müəllimələrlə bağlı fərqli tətbiqlər mövcuddur.

Teqlər