ABŞ ÜST-ə olan borcunu ödəməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i366814-abŞ_Üst_ə_olan_borcunu_ödəməyəcək
Donald Tramp Administrasiyası Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) olan təxminən 80 milyon dollarlıq borcunu ödəməyəcəyini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2020 08:54 Asia/Baku
  • ABŞ ÜST-ə olan borcunu ödəməyəcək

Donald Tramp Administrasiyası Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) olan təxminən 80 milyon dollarlıq borcunu ödəməyəcəyini elan edib.

SəhərAzəri Röyters-ə istinadla xəbər verir ki, Donald Tramp Administrasiyası Cenrvrədə yerləşən Ümumdünya Səhiyyə Təşkilatına olan təxminən 80 milyon dollarlıq borcunu ödəməyəcəyini və onun əvəzinə BMT-yə olan borcunu ödəyəcəyini bəyan edib. ABŞ 2021-ci ilin yanvar ayında ÜST-dən çıxmaq niyyətindədir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını koronavirusunun yayılması zamanı Çinin əlaltısı olmaqda günahlandırıb.. Dünya Səhiyyə Təşkilatı isə bu iddiaları rədd edib.

ABŞ Konqresinin 1949-cu il tarixli birgə qətnaməsinə əsasən, ABŞ ÜST-dən çıxacağını bir il əvvəldən elan etməlidir. ABŞ, həmçinin cari maliyyə ilinə aid olan borcunu da ÜST-ə ödəməlidir.

ABŞ-ın sabiq prezidentinin müavini Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə yenidən ÜST-ə qoşulacağını açıqlayıb.