Sen 04, 2020 18:46 Asia/Baku
  • Yunanıstan Türkiyə ilə danışıqlardan çıxdı

Yunanıstan NATO-nun vasitəçiliyi ilə keçirilən Türkiyə ilə danışıqlardan çıxıb.

SəhərAzəri xəbər verir, Türkiyənin NATO-nun Ankara-Afina müzakirəsi üçün səy göstərməsi və təşəbbüs planı irəli sürməsini alqışlamasına rəğmən, Yunanıstanın baş naziri bildirib ki, Türkiyənin təhdidlərinin davam etməsinə görə, Yunanıstan bu danışıqlardan çıxır.

Kyriakos Mitsotakis sonra deyib ki, Yunanıstan ilə Türkiyə arasında danışıqların başlanması üçün Ankara öncə Afinaya qarşı təhdidlərini kənara qoymalıdır.

Qeyd edək ki, bundan öncə, bu danışıqları alqışlayan Ankara, Afinadan, NATO-nun Aralıq dənizindəki gərginliyi azaltmaq məqsədilə danışıqların keçirilməsi planını himayə etməsini istəmişdi.

Ötən həftələr ərzində Türkiyənin Şərqi Aralıq dənizində kəşfiyyat-qazıntı fəaliyyətlərinə başlaması üstündə bu bölgədə çəkişmələr başlanıb.

Yunanıstan bəzi Avropa ölkələri ilə yanaşı bildiribdir ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlikyaradandır. Onlar bu hərəkətlərin nəticələri barədə Ankaraya xəbərdarlıq da ediblər.

Türkiyə isə deyir ki, Ankara bu dənizdə, eləcə də Qara və Egey dənizlərində öz hüquqlarını təmin etməkdədir.

Teqlər