Sen 06, 2020 12:34 Asia/Baku
  • Berlin Rusiya əleyhinə sanksiyalar tətbiq edə bilər

Almaniya Xarici İşlər Naziri Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı məsələsinə görə Moskva əleyhinə sanksiyaların tətbiq edilməsi ehtimalından xəbər verib.

Səhər Azəri bildirir ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının zəhərlənməsinə dair iddiaların ardınca Almaniya XİN-i Moskva əleyhinə sanksiyaların tətbiq edilməsindən söz açıb. 

Berlin hökuməti Navalnının Rusiya hökuməti tərəfindən zəhərləndiyini iddia edir. 

NATO-da qeyd edilən məsələ ilə bağlı cümə günü fövqəladə iclas təşkil edib. 

NATO Navalnı məsələsinə görə beynəlxalq araşdırmaların aparılmasını istəyib. 

Rusiya hökuməti isə bu ittihamları rədd edərək, Berlin hökumətinin Navalnının zəhərlənməsinə dair araşdırmaların aparılmasına imkan vermədiyini bildirib. 

Rusiya prezidenti Vladimir Putinin müxaliflərindən olan Aleksey Navalnı 20 avqustda Tomskdan Moskvaya təyyarə ilə səfər edərkən xəstələnib. Almaniya onun Moskva hökuməti tərəfindən zəhərləndiyini iddia edir. 

Aleksey Navalnı hazırda Almaniya xəstəxanalarından birində müalicə olunur. 

Teqlər