NATO Cənubi Qafqazda
NATO Gürcüstanda hərbi təlimlərə başlayıb
Gürcüstanda NATO-nun "Layiqli Tərəfdaş 2020" adlı hərbi təlimləri keçirilir.
Səhər Azəri bildirir ki, Gürcüstanda keçirilən "Layiqli Tərəfdaş 2020" hərbi təlimlərində ABŞ, Britaniya, Fransa və Polşa hərbçiləri iştirak edirlər.
Gürcüstanın Baş naziri Georgi Qaxariya açılış mərasimində deyib ki, təlim ölkənin müdafiə qüvvələrinin hazırlığını və tərəfdaşlarla uyğunluğunu təmin etmək üçün həyata keçirilir.
Eyni zamanda, o, təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.
Bu təlim NATO-nun "Layiqli Tərəfdaş" adı altında keçirdiyi beşinci çoxmillətli komanda postu təlimidir.
Təlimlər Gürcüstanda sentyabrın 18-dək davam edəcək. Məqsədi Gürcüstan, ABŞ və Qara dəniz bölgəsindəki tərəfdaş ölkələr arasında uyğunluğu inkişaf etdirməkdir.
Ssenaridə hərbi texnikadan istifadə edərək müdafiə və hücum əməliyyatları şəraitində canlı atəş, manevr və döyüş dəstəyi ilə komanda heyətinin səhra təlimləri var.
Rəsmi Moskva dəfələrlə NATO-nun Gürcüstandakı təlimlərindən narahatlığını ifadə edib və bunun bölgədəki vəziyyətə xələl gətirdiyini qeyd edib.