Liviyada gərginlik və qarşıdurmaların artmasının ardınca
Lavrov Liviyada təcili atəşkəs elan edilməsini istədi
Rusiya xarici işlər naziri Liviyada təcili atəşkəsin elan edilməsini istədi.
Səhər Azəri bildirir ki, Sergey Lavrov bazar ertəsi günü Liviyada təcili atəşkəsin elan edilməsini istəyib və deyib: Moskva ixtilafların danışıq yolu ilə həll edilməsinin tərəfdarıdır.
Liviya ötən aylarda daxili çəkişmələrlə yanaşı əcnəbi ölkələrin qarşıdurma meydanına çevrilib.
Liviyanın Milli Birlik Hökuməti BMT tərəfindən rəsmən tanındığı halda general Həftərin başçılıq etdiyi silahlı qruplaşma ölkənin şərqinə nəzarəti ələ keçirərək, ölkənin idarəetməsinin bütövlükdə onlara təhvil verilməsini tələb edir.
Türkiyənin yardımları ilə Liviyanın Milli Birlik Hökuməti ötən bir neçə ayda paytaxt Tripoli ətrafında Xəlifə Həftərin ordusuna ağır zərbələr endirməyi və onları paytaxtdan uzaqlaşdırmağı bacarıb.
BMT və Avropa Birliyi isə Liviyanın qanuni hökumətinə dəstək verdiyi üçün Türkiyəni qınayır və hərbi müdaxiləyə son verməüini istəyirlər.
Digər tərəfdən Avropa Rusiyanı Xəlifə Həftərə dəstək verməkdə ittiham edir.