Tramp: Qələbə çalarsam etirazçıların səsini elə seçki gecəsində boğacağam
https://azeri.sahartv.ir/news/dünya-i367169-tramp_qələbə_çalarsam_etirazçıların_səsini_elə_seçki_gecəsində_boğacağam
Tramp prezident seçkilərində qələbə çalacağı təqdirdə irqçilik ilə müxalif olanları təhdid edərək, onların səsini elə seçkilərin keçirildiyi günün gecəsində boğacağı ilə hədələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2020 08:53 Asia/Baku
  • Tramp: Qələbə çalarsam etirazçıların səsini elə seçki gecəsində boğacağam

Tramp prezident seçkilərində qələbə çalacağı təqdirdə irqçilik ilə müxalif olanları təhdid edərək, onların səsini elə seçkilərin keçirildiyi günün gecəsində boğacağı ilə hədələyib.

Səhər Azəri bildirir ki, ABŞ prezidenti bu sözləri "Fox News" kanalına verdiyi müsahibədə deyib.

İrqçilik əleyhinə etirazları demokratlar ilə əlaqələndirməyə çalışan Donald Tramp deyib: Əgər seçkilərdə qələbə çalarsam və demokratlar iğtişaş törətmək istəyərlərsə, onların səsini elə seçkilərin keçirildiyi günün gecəsində boğacağam. 

Tramp bir daha irqçiliyə etiraz edənləri iğtişaşçı adlandırıb və etirazları hansı yolla susduracağına dair suala cavab olaraq deyib: Mən etirazçıların səsini elə seçkilərin keçirildiyi günün gecəsində boğmağa qadirəm və bu mənim üçün çox asan işdir.